• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1315
— 15.01.2024 12:02

Bakıya külli miqdarda narkotik vasitə aparmaq istəyən şəxs saxlanılıb

KepezTV Player

Paytaxt ərazisinə, ordan da başqa yerlərə külli miqdarda narkotik vasitə aparmaq istəyən şəxs Biləsuvarda saxlanılıb. Polis Siyəzən sakini Sədrəddin Musayevi Nərimankənd kəndində yaxalayıb. Ondan 5 kiloqram tiryək, 1 kiloqram metamfetamin və 1 kiloqramdan artıq heroin aşkarlanaraq götürülüb. Musayev narkotik vasitələri xaricdə yaşayan narkotacir vasitəsilə əldə etdiyini deyib. Şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Faktla bağlı araşdırma aparılır.