• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1753
— 14.01.2024 20:30

"Sabah" sürprizə imkan vermədi

KepezTV Player

Azərbaycan Basketbol Liqasında 10-cu tura yekun vurulub. Turun bağlanış oyunu Gəncədə keçirilib. Ötən mövsümün qalibi "Sabah" vitse-çempion "Gəncə"nin qonağı olub. Yerli olimpiya idman kompleksində keçirilən oyun qonaqların qələbəsi ilə başa çatıb. Sürprizə imkan verməyən Bakı təmsilçisi 103-86 hesabı ilə qalib gəlib. "Sabah"ın heyətində Entoni Uilson 36 xalla oynayıb. "Gəncə"dən isə 23 xalla Kenyon Dulinq ən məhsuldar basketbolçu olub. Bu qələbə ilə bakılılar liderliyə yüksəliblər. Nizami yurdunun təmsilçisi isə 13 xalla turnir cədvəlində 9-cu pillədə yer alıb.