• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 922
— 13.01.2024 19:19

20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan yarış keçirilib

KepezTV Player

Gəncə Olimpiya İdman Kompleksində Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə MMA üzrə yarış keçirilib. Birincilik 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunub. Bütün yaş qrupları üzrə təşkil olunan mübarizədə Gəncə idmançıları ilə yanaşı, Göygöl, Şəmkir, Bərdə, Ağcəbədi, Şəki, eləcə də digər şəhər və rayonlardan olan 60 idmançı qüvvəsini sınayıb. Olimpiya sistemi üzrə təşkil olunan yarışın qalibləri diplom və medallarla təltif olunublar.

Səbuhi Məmmədov- Pankration, Qrapplinq və MMA Federasiyasının qərb bölgəsi üzrə nümayəndəsi: “Turnirimiz peşəkar formatda keçir. Məqsədimiz MMA idman növünün inkişafıdır. Gənclərimizin sağlam və vətənpərvər ruhda böyüməsidir. İnşallah, mart ayında bizim Azərbaycan çempionatımız olacaq. Azərbaycan çempionatında iştirak etmək üçün burdan uşaqlar seçəcəyik”. 

Ramin Paşayev