• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1579
— 13.01.2024 13:25

"Zaqreb Open"də Azərbaycan millisi ilk qızıl medalı qazanıb

KepezTV Player

Xorvatiyada keçirilən güləş üzrə "Zaqreb Open" turniri davam edir. Üçüncü yarış günündə Azərbaycan millisinin 2 üzvü medal qazanıb. Onlardan biri qızıl, digəri isə bürünc olub. Yunan-Roma güləşçisi Sənan Süleymanov 77 kq çəkidə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, beş rəqibini məğlub edərək, Azərbaycan yığmasının hesabına ilk qızıl medalı yazdırıb. Qadın güləşçi Alyona Kolesnik  isə bürünc mükafata yiyələnib. Buna kimi 3 sərbəst güləşçi turnirdə üçüncü yeri tutub.