• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1506
— 13.01.2024 12:02

Fərdi təsərrüfatlardan silsilə oğurluqlar edən dəstə ifşa olunub

KepezTV Player

Hacıqabulda polis Padar qəsəbəsi və Atbulaq kəndində yerləşən 2 fərdi təsərrüfatdan 6 baş xırdabuynuzlu və 1 baş iribuynuzlu heyvan oğurlayaraq zərərçəkmişlərə ümumilikdə 4000 manatdan artıq maddi ziyan vuran üç nəfəri saxlayıb. Ağdam sakini Əvəz Qurbanov, Bərdə sakini Fariz İbrahimov və Tovuz sakini Akif Quliyevin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onların Ucar və Kürdəmirdə də 3 təsərrüfatdan 6 xırdabuynuzlu və 3 baş iribuynuzlu heyvan oğurladıqları aşkara çıxıb. Şəxslər ümumilikdə 16 heyvanı Bakıda satıblar, əldə etdikləri pulları öz aralarında bölüblər. Faktla bağlı cinayət işi başlanılıb, şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.