• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 787
— 12.01.2024 16:43

Narkotik satan şəxs saxlanılıb

KepezTV Player

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən şəxslər saxlanılıb. Əvvəlcə rayon sakini Eldar Ağayev yaxalanıb. Şəxsi axtarış zamanı ondan qurudulmuş marixuana aşkar edilib. Araşdırma zamanı E.Ağayevin həmin narkotik vasitəni Ağsu şəhər sakini Laçın Mehdiyevdən 210 manat pul müqabilində aldığı müəyyənləşib. Davam etdirilən tədbirlərlə L.Mehdiyev də saxlanılaraq istintaqa təhvil verilib. Onun üzərinə və yaşadığı ünvana baxış keçirilərkən kibrit qutularında və sellofan torbalarda satış məqsədilə hazırladığı yarım kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb.  Faktla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.