• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2218
— 12.01.2024 16:22

“Kəpəz” “Qarabağ”ı Qəbələdə qəbul edəcək

KepezTV Player

Futbol üzrə Azərbaycan Premyer Liqasında 20 və 21-ci turların oyun cədvəli açıqlanıb. Hər iki turda  "Kəpəz" ev sahibi kimi çıxış edəcək. Gəncə təmsilçisi müvafiq olaraq "Qarabağ" və "Araz Naxçıvan" ilə qarşılaşacaq. Stadionsuz qalan "sarı-göylər" rəqibini Qəbələdə qəbul edəcəklər. "Qarabağ" ilə oyun yanvarın 27-də, Naxçıvan təmsilçisi ilə görüş isə fevralın 5-də keçiriləcək. “Kəpəz”in mövsümün ikinci yarısında ilk oyunu da Qəbələ şəhər stadionu olacaq. Gəncəlilər yanvarın 22-də "Turan Tovuz" ilə də Qəbələdə oynayacaqlar.