• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1388
— 12.01.2024 12:16

Avtomat satmaq istəyən şəxs saxlanılıb

KepezTV Player

Bakının Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Beyləqan rayon sakini 1997-ci il təvəllüdlü Əli Abbasov saxlanılıb. Onun üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə olan heroin aşkar edilib. Həmin şəxsdən Suraxanı rayonu ərazisində yerləşən qarajda gizlətdiyi 1 ədəd “Kalaşnikov” markalı avtomat silah da aşkar edilərək götürülüb. Ə. Abbasov odlu silahı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib. Faktla bağlıaraşdırmalar davam etdirilir.