• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1944
— 12.01.2024 12:04

FIFA Bakıda milli komandalar arasında beynəlxalq turnir təşkil edəcək

KepezTV Player

FIFA Bakıda milli komandalar arasında beynəlxalq turnir keçirəcək. Ali futbol qurumunun layihəsinə əsasən, təqvimdə olan rəsmi yoldaşlıq oyunlarının əvəzinə fərqli konfederasiyalardan yığmaların iştirakı ilə mini turnir təşkil olunacaq. Dörd komandanın qatılacağı ilk belə yarışlardan birinin martda Bakıda keçirilməsi nəzərdə tutulub. Avropadan ölkəmizlə yanaşı Bolqarıstan, Afrikadan Tanzaniya, Asiya qitəsindən isə Monqolustan milli komandaları turnirdə mübarizə aparacaqlar.