• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2386
— 11.01.2024 10:37

Basketbolçu gənc

Hər bir idman növünün özünə xas bir marağı var. Bu idman növlərindən  biri də basketboldur. İndi isə sizə bu idman növünü mükəmməl şəkildə icra edən gənc basketbolçu Saranı tanış etmək istəyirəm. Gənc yaşda belə bir idman ilə maraqlanması diqqətçəkəndir. Elə isə gəlin görək, Saranın basketbola olan həvəsi necə yaranıb?

Sara Məmmədli– basketbolçu: "2022-ci ilin yayında mən Gəncə BK- nın oyununa baxırdım. Ona baxdıqdan sonar isə məndə həvəs oyandı. Daha sonar isə belə bir fikirə gəldim ki, mən də basketbol ilə məşğul olmağa başlayım".

Basketbolda uğurlu nailiyyətlər əldə edən Sara qürurla bunu bizə bildirdi. İstəyərdim ki, bu nailiyyətlərini elə Sara özü bizə danışsın.

Sara Məmmədli– basketbolçu: "1-ci məşqlər çox maraqlı idi. Ancaq sonradan da həvəs yarandı. Və Milli Qurtuluş Gününə həsr olunmuş oyunumuzda qızlarla və oğlanlarla çox maraqlı bir oyun keçirdik və uğur qazandıq".

Sara öz nailiyyətlərini diplomlarla, medallarla daha da artırır. Eyni zamanda, belə çətin idman növünə maraq göstərməsinin bir digər səbəbinin isə müəllimləri olduğunu qeyd etdi. O, müəllimlərindən öyrəndiyi metodları, fərqli yolları öz üzərində icra edərək artıq basketbolu peşəkar şəkildə öyrənmək və bu idmanla məşğul olmaq istədiyini daha yaxşı anladığını vurğuladı.

Sara Məmmədli– basketbolçu: "Əslində basketbol çox asan oyun deyil. Asan idman növü deyil. Amma müəllimlərin sayəsində biz qalib gəldik. Və çox maraqlı oldu. Bu da məndə maraq oyatdı".

Əzmlə çalışması, qərarlı olması Saraya bu yolda çox uğurlar qazandırdı və qazandırmağa da davam edir. Elə gəlin, Saradan öyrənək ki, bu uğurlar ona necə bir hiss bəxş edir.

Sara Məmmədli– basketbolçu: "Ən birinci qürur hissi yaratdı. Çünki Azərbaycanın adını birinciliklə qazanıb, birinciliklə göstərmək çox böyük bir nailiyyətdir. Və biz çox sevinmişdik. Müəllimlərimizin qucağına qaçıb, sevincimizi onlarla bölüşdük".

Basketbolla məşğul olmasına baxmayaraq, o, digər işlərini də nəzarətdən kənarda saxlamadığını qeyd etdi. Basketbol Saranın həyatında böyük yer tutur. Elə öz işini sevməsi də uğurlu olmasındakı ən böyük sirrdir.

Sara Məmmədli– basketbolçu: "Mən basketbolu  sevdiyimə görə gələcəkdə də məşqlərə davam etmək və işimdə ustalaşmaq istəyirəm".

Bu işi müəllimlərindən öyrənməsinə baxmayaraq, Sara, əlbəttə ki, boş dayanmır. Evdə internet vasitəsi ilə özünə seçdiyi kumirləri izləyərək məşğul olduğu idman haqqında daha ətraflı məlumat toplayır.

Sara Məmmədli– basketbolçu: "Əslində ən böyük kömək müəllimlərin dəstəyi oldu. Ancaq “Youtube” videolarından da öyrənmək olar".

Elə mən də burdan gənclərimizə “Gəncəm” vasitəsilə üz tutub demək istəyirəm ki, öz işini nə qədər sevsən və əzmlə çalışsan, sən də uğurlu ola bilərsən. Bunun isə ən böyük sübutunu Sara vasitəsilə sizə göstərmək istədik. Hər birinizə öz yolunuzda uğur diləyirəm.

Ülvi Cəfərov