• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2385
— 10.01.2024 10:54

Fərqli maraqlar həyatımıza nə qatır?

Gündəlik rejimimizdən aslı olaraq hər insanın müxtəlif istəkləri və düşüncələri ola bilər. Bu, əlbəttə, özümüzdən aslıdır. Fərdi seçimimizdir. Ancaq fərqli maraqların həyatımıza rəng qatdığı gerçəyini də unutmaq olmaz.

Hər kəs günə müxtəlif arzu və istəklərlə davam edir. Ancaq uğurlu vərdişlərimiz sayəsində, hər gün ondan əvvəlki gündən daha pozitiv və qazanclı ola bilirik. Buna səbəb olan detallardan biri gənclərin maraq dairəsində olan və həyatına rəng qatan fərqli və fərdi kolleksiyalardır.

Selcan Həsənli - tələbə: Mən aksessuarları çox sevirəm. Xüsusən də, boyunbağını, üzüyü və sırğanı”.

İnsanların, əsasən də daha çox xanımların alış-verişi sevdiyini bilirik. Bu səbəbdən də, sualım belə oldu ki, xanımlar bu sahədə daha çox nəyə üstünlük verir.

Bəyənib seçdiyimiz aksessuarlar, psixoloqların fikrincə, əslində kimliyimizin və xasiyyətimizin bariz nümünəsi sayılır. Necə ki, musiqi duyumu ilə insan özünü tanıda bilirsə, aksessuar seçimi ilə də bir gənc öz xarakterini yetərincə  nümayiş etdirə bilir.

Gültəkin Nəzərəliyeva- Pianino müəlliməsi: Düşünürəm ki, hər gənc öz arzusunun və istəyinin arxasıyca qaçmağı bacarmalıdır. Mən belə etdim və uğurlu müəllim oldum”.

Boşuna deməyiblər ki, “musiqi ruhu sakitləşdirir”. Bu, həqiqətən də, belədir. Müsahibimizə digər sualım isə belə oldu. Sizə görə fərqli maraqlar və bunun nəticəsində toplanan kolleksiyalar həyatımıza nə qatır?

Gültəkin Nəzərəliyeva- Pianino müəlliməsi: Sakitliyi və rifahı musiqidə tapıram. Bu, mənim üçün önəmlidir”.

Tellan Zeynalova