• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2055
— 10.01.2024 16:47

Balotelli Azərbaycandan təklif alıb

İtaliya millisinin sabiq futbolçusu Mario Balotelli Azərbaycandan təklif alıb. Bu barədə 33 yaşlı hücumçunun meneceri Enzo Rayola mətbuata açıqlamasında deyib. O bildirib ki, ulduz futbolçu ilə bağlı Azərbaycanla yanaşı, bir neçə ölkədən zəng gəlib. Amma Mario İtaliyaya qayıtmaq istəyir. Hazırda Türkiyənin “Adana Dəmirspor” klubunda çıxış edən Mario Balotellinin qış transfer dönəmində komandadan ayrılması gözlənilir.