• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2140
— 10.01.2024 16:27

"Kəpəz" yoxlama oyununda qalib gəlib

KepezTV Player

Qış təlim-məşq toplanışını ölkə daxilində keçən “Qəbələ” ilə “Kəpəz” yoxlama oyununda üz-üzə gəlib. Premyer Liqada ilk yarıdan sonra autsayderlər qrupunda qərarlaşan komandalar Qəbələdə qarşılaşıblar. Matç Gəncə təmsilçisinin 2:1 hesablı əzmkar qələbəsi ilə bitib. Meydan sahiblərinin heyətində Ülvi İsgəndərov 13-cü dəqiqədə hesabı açsa da, ilk yarıda qonaqlar üstünlüyü təmin ediblər. "Sarı-göylər"dən Georgi Papunaşvili 25-ci dəqiqədə tarazlığı bərpa edib. "Qəbələ"nin müdafiəçisi Murad Musayev isə 32-ci dəqiqədə avtoqol müəllifi olub. "Kəpəz" yanvarın 15-də ikinci yoxlama matçını keçirəcək. Komanda Gəncədə “İmişli”ni qəbul edəcək.