• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1996
— 09.01.2024 11:52

17 nəfər qanunsuz saxladığı silahı polisə təhvil verib

KepezTV Player

Şəmkir Rayon Polis Şöbəsinin və onun tabeli qurumlarının əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirləri davam etdirir.Keçirilən profilaktiki tədbirlər nəticəsində 17 nəfər rayon sakini müvafiq sənədləri olmayan, müxtəlif marka və kalibirli ov silahlarını polisə könüllü təhvil veriblər.