• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2158
— 08.01.2024 10:23

Daim pozitiv fikirdə qalmaq necə mümkün olur?

Hər insan müsbət auraya köklənməyi bacarmalıdır ki, əhvalı daha da gözəlləşsin. Müəyyən vaxtlarda “daima pozitiv hiss etmək” çətinləşsə də, mənim taktikam bu yöndədir:

İnsanların davranışları, ətrafındakı insanlar və məşğuliyyətləri onların həyat tərzini formalaşdırar və həyatlarının nə qədər pozitiv və ya neqativ olmasına birbaşa təsir göstərər. Odur ki, hər gün pozitiv olmaq üçün əlimizdən gələni etməli, qarşımıza isə məqsəd qoymağı bacarmalıyıq.

Bəzən idarə edilə bilməyən mənfi duyğular, qarşısını ala bilmədiyimiz daxili uçurumlar... Hər zaman müsbət hisslərə köklənməyə çalışsaq da, bu söz dilimizdən düşmür. Birdən alınmasa?

Deyirlər ki, “heç vaxt ,heç vaxt demə”. Çünki hər qaranlıq gecənin parlaq, işıqlı sabahı olur. Hər gənc çətinlik çəkir. Həyatının alt-üst olduğunu deyənlər belə var.

Neqativ fikirlərlə qovrulmaqdansa, ruhumuzun dincəldiyi anlara çatmaq bizim əlimizdədir. Niyə də olmasın axı, həyat doya-doya yaşamaq üçün deyilmi?

Sücayət İsmayılova- tələbə: "Çalışıram ki, daima enerjimi yüksək saxlayım. Bu həm şəxsi münasibətlərimə, həm də dərslərimə çox təsir edir".

Gənclik enerjisini yüksək və aktiv saxlamağın sirri məhz elə qəlbimizin arzusundan ibarət olan düşüncələr imiş. O düşüncələr ki, bizi ayaqda tutmağa gücü çatır.

Həyatın nə olduğunu soruşsanız, deyərəm ki:

Bəxtinə düşən gün səninki deyil,

Dünyadan aldığın nəfəs olmasa.

Ölüm də naz ilə keçər yanından,

Bir gün yaşamağa həvəs olmasa.

Tellan Zeynalova