• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1346
— 07.01.2024 10:16

Qida zəhərlənməsi

Bayramlarda  zəhərlənmə hallarına  tez-tez rast gəlirik. Bəzən bu qida zəhərlənmələri çox ağır fəsadlara yol açır. Odur ki, qida rasionumuza diqqət etsək, yaxud da hər hansı bir fəsad baş verərsə vaxtında həkimə müraciət etsək, sağlamlığımızı qorumuş olarıq.

Aygün Məmmədzadə- çağırışçı həkim: “Zərhərlənmənin ilkin əlamətləri başgicəllənmə, halsızlıq, ürəkbulanma, sayı 10-15 dəfəyədək artan qusmanın olmasıdır. Müəyyən hallarda yüksək hərarət müşahidə oluna bilər. Ona görə də, elementar gigiyena qaydalarına riayət etsək, marketdən, bazardan qida alarkən son istifadə tarixinə fikir versək daha yaxşı olar”.

Ziyafət zamanı əsasən tutmalardan, şorabalardan zəhərlənmə halları baş verir. Zəhərlənmə əlaməti 1 saatdan 6 saata qədər, eləcə də 2-5 gün arasında özünü büruzə verir. Xəstənin vəziyyəti ağırlaşanda bədən temperaturu da artır. Gec müdaxilə edilməsi daha ağır fəsadlara yol açar. Simptomları, çox zaman  müalicə olunmasa belə öz-özünə yox olur. Ancaq bəzən şiddətli qusma və qanlı ishal kimi ağır təzahürlər ciddi zəhərlənmədən xəbər verir. Belə halları özünüzdə müşahidə etdikdə, dərhal tibb müəssisəsinə müraciət etməyiniz vacibdir.

Günay  Əsgərova