• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1697
— 07.01.2024 08:59

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olanlar saxlanılıblar

KepezTV Player

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayon ərazisində narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən rayon sakinləri - Natiq Nuriyev və Zamiq Müslümov saxlanılıblar. Şəxsi axtarış zamanı Natiq Nuriyevdən heroin, metamfetamin və elektron tərəzi aşkar edilərək götürülüb. Saxlanılan şəxslərin narkotik vasitə və psixotrop maddəni birlikdə paytaxtdan Ağsuya satış məqsədilə gətirdikləri məlum olub. Faktla bağlı cinayət işi başlanılıb.