• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2446
— 30.12.2023 13:41

Naxçıvanda təcridxanaya narkotik keçirilməsinin qarşısı alınıb

KepezTV Player

Naxçıvanda istintaq təcridxanasına narkotik və psixotrop maddə keçirilməsinə cəhd olunub. Cinayət Məcəlləsinin 206.2 maddəsi ilə təqsirli bilinərək barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və Naxçıvanın Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq təcridxanasında saxlanılan həbs edilmiş şəxsə- İran vətəndaşı Yousefi Asadollah Hokmalı oğluna tanıdığı həmyerlisi Abedını Reza Hassan oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman təmiz çəkisi 0,03 qram narkotik vasitə - “metadon” aşkar olunub. Faktla bağlı araşdırma aparılır.