• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 806
— 29.12.2023 09:10

Beş ildə 1 milyon 100 mindən çox vətəndaşa məşğulluq sahəsində xidmət göstərilib

KepezTV Player

Son beş ildə 1 milyon 100 mindən çox vətəndaşa məşğulluq sahəsində xidmət göstərilib, dəstək verilib. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, onların 478 min nəfəri münasib işlə təmin olunub, 76 min ailə üçün özünüməşğulluq proqramları yaradılıb. 598 min nəfərə peşəyönümlü xidmət, 22 min nəfərin peşə hazırlığı təmin edilib, 131 min nəfər ödənişli ictimai işlərə cəlb olunub.