• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2448
— 28.12.2023 17:09

Sərxoş şəxsə qarşı soyğunçuluq edən iki nəfər saxlanılıb

KepezTV Player

Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə paytaxt sakini olan bir nəfər müraciət edərək rayon ərazisində tanımadığı iki nəfər onun sərxoş vəziyyətdə olmasından istifadə edib mobil telefonunu soyğunçuluq yolu ilə əlindən alındığını bildirib. Bölmə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar 1996-cı il təvəllüdlü Tohid Məmmədov 1999-cu il təvəllüdlü İsmayıl Qəhrəmanov saxlanılıblar. Soyğunçuluq edən şəxslərin qanunsuz hərəkətləri ərazidə quraşdırılan kameralar vasitəsi ilə də qeydə alınıb. Fakt araşdırılır.