• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1309
— 28.12.2023 08:50

Anasını öldürən oğul saxlanılıb

KepezTV Player

Quba rayonunun Bağbanlı kənd sakini 1937-ci il təvəllüdlü Zöhrə İsmixanovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla sərxoş olan 1974-cü il təvəllüdlü Zülfüqar İsmixanovun yaşadıqları evdə mübahisə zamanı anası 1937-ci il təvəllüdlü Zöhrə İsmixanovaya odun parçası ilə xəsarət yetirərək onu qəsdən öldürməsinə şübhələr müəyyən edilib. Faktla bağlı cinayət işi başlanıb, Zülfüqar İsmixanov iş üzrə şübhəli şəxs qismində tutulub.