• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 735
— 27.12.2023 11:30

Ronaldo 2023-cü ildə qol sayına görə lider olub

KepezTV Player

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasının portuqaliyalı hücumçusu Kriştiano Ronaldo "Əl-İttihad"ın qapısına iki qol vuraraq 2023-cü ildə qol sayına görə lider olub. XVIII turun görüşü "Əl-Nəsr"in 5:2 hesablı qələbəsi ilə yekunlaşıb. Ronaldu 19 və 68-ci dəqiqələrdə penalti zərbələrini dəqiq yerinə yetirib. “Əl-Nəsr”in heyətində Anderson Talişka və dubl edən Sadio Mane də fərqlənib. 38 yaşlı Ronaldu bu il 53 qol vuraraq, Pari-Sen-Jermenin fransız hücumçusu Kilian Mbappe və "Bavariya"nın ingilis hücumçusu Harri Keyni geridə qoyub. Ronaldo 5 dəfə "Qızıl top"un, 5 dəfə Çempionlar Liqasının, həmçinin Avropa çempionatının və Millətlər Liqasının qalibidir.