• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 844
— 27.12.2023 08:51

33 yaşlı kişinin qətli ilə bağlı cinayət işi başlanıb, saxlanılan var

KepezTV Player

Bakının Nərimanov rayonunda 1990-cı il təvəllüdlü Etibar Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 1975-ci il təvəllüdlü Elşən Nəbiyevin Nərimanov rayonu, Uluqbəy küçəsi ərazisində aralarında yaranmış mübahisə zamanı E.Əliyevə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı cinayət işi başlanıb, E.Nəbiyev iş üzrə şübhəli şəxs qismində tutulub.