• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 699
— 26.12.2023 16:04

İrandan gələn narkotik qaçaqmalçıları Azərbaycan sərhədini pozmağa cəhd göstərib, saxlanılanlar var

KepezTV Player

Yardımlının Ostayır kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 4 şəxsin İrandan Azərbaycan istiqamətində hərəkəti müşahidə edilib. Sərhəd naryadının sayığlığı nəticəsində hadisə yerindən uzaqlaşmağa cəhd edən sərhəd pozucularından biri, Yardımlı sakini − Rəhimov Xalid Teyyub oğlu saxlanılıb. Ərazidən ümumi çəkisi 64 kiloqram 332 qram narkotik vasitə və 100 ədəd psixotrop tərkibli həb aşkar edilərək götürülüb. Hadisə yerindən uzaqlaşmağa nail olan cinayətkar dəstənin digər üzvləri - rayon sakinləri − Rəhimov Saiq Teyyub oğlu və Cabbarov Cavid Əliisa oğlu, Qasımov Nurlan Fitat oğlu da polis əməkdaşları ilə birgə həyata keçirilən tədbirlər nəticəsində tutulublar. Fakt üzrə istintaq tədbirləri davam etdirilir.