• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1948
— 26.12.2023 14:56

Zərdabda müxtəlif növ silah-sursat aşkarlanıb

KepezTV Player

Polis əməkdaşları Zərdab rayonu Şəftəhal kəndi ərazisindən 1 ədəd "F-1" əl qumbarası, 2 ədəd UZRQM partladıcısı və 568 ədəd müxtəlif çaplı patron aşkarlayaraq ANAMA əməkdaşlarına təhvil verib. Bundan əlavə, aparılan profilaktiki tədbirlər nəticəsində 1 rayon sakini müvafiq sənədləri olmayan "İJ" markalı ov tüfəngini könüllü olaraq polisə təslim edib. Faktlarla bağlı araşdırmalar aparılır.