• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 925
— 25.12.2023 11:16

Yeni il, ya imtahan həyəcanı?

Əzəldən belədir, imtahan özü ilə həyəcan gətirir. İmtahan ərəfəsində də tələbələr, həyəcanlanmağa, təlaş keçirməyə başlayırlar. İmtahan zamanı isə bu təlaş və həyəcan ikiqat artır. Deyilənlərə görə, məşhur sərkərdə Napoleon Bonapart da imtahan adı gələndə zağ-zağ əsirmiş. Neçə-neçə ölkələri fəth etmiş sərkərdə imtahandan belə qorxubsa, onda gör tələbələr nə hisslər keçirir.

Bir çox tələbənin fikrinə görə, imtahan nəticəsi ona sərf olunan zəhmətdən asılıdır. İmtahan heç də adi qaydada biliklərin yoxlanılması deyil. İmtahan nəticələri bilinməyən, stress faktoru altında biliklərin yoxlanılmasıdır. Bu həyəcan insanı stress vəziyyətinə salır və gərgin edir. Həddindən artıq gərgin işləmək isə sağlamlığın ağırlaşmasına və əsəb sisteminin pozulmasına səbəb ola bilər. Eyni zamanda bilirik ki, universitetdə semestr imtahanları Yeni illə üst-üstə düşür. Bu da o deməkdir ki, tələbələr fikirlərini düzgün toplamaqda çətinlik çəkir. Yeni il həyəcanı ilə imtahan stressini uzlaşdırmaq onlar üçün asan olmur. 

Aysu Mustafeyeva- tələbə: “Düşünürəm ki, ikisini də birlikdə idarə etmək olar. Ancaq bu yöndə xeyli işləmək lazımdır ki, uğur qazanasan”.

Həmsöhbətimizin dediyinə görə, tələbələr bu yöndə stress çəksə də, Yeni il hazırlığını da əldən vermirlər. İndi isə tələbələrin bu duyğuları yaşadığı və toplaşdığı bir ünvana yollanacağıq.

Məsim Abadov- Dosent, dekan: “Biz müəllimlər olaraq, tələbələrin üzərində olan bu yükü azaltmağa çalışırıq. Ancaq normal olaraq, onlar təşvişə düşür. Bizim də öhdəliyimizə düşən nüanslardan biri onları sakitləşdirməkdir”.

Müsahibimizin sözlərinə görə, imtahanın uğurlu olması üçün imtahana hazırlığın düzgün aparılması çox vacibdir. Valideynlər və ya imtahana hazırlaşanın özü dərslərə, imtahana hazırlıq rejiminə nəzarət etməlidir. Eyni zamanda sosial həyatımızı kənarda saxlamaq olmaz.

Xoşbəxt olmaq bir qabiliyyətdir və elə özümüzdən asılıdır. Stressimizin nədən qaynaqlanmasından aslı olmayaraq, xoşbəxt təbəssüm itməsin üzümüzdən.

Tellan Zeynalova

ƏTRAFLI...