• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1726
— 25.12.2023 11:58

İki avtomobil toqquşub, ölən və xəsarət alanlar var

KepezTV Player

Tovuzda rayonun Düz-Cırdaxan kəndi ərazisində ölümlə nəticələn ağır yol qəzası qeydə alınıb. Hərəkətdə olan "VAZ 21 099" və "VAZ 2104" markalı avtomobillər toqquşub. Nəticədə sonuncu nəqliyyat vasitəsinin sürücüsü - Ağstafa rayonunun Həsənsu kənd sakini 62 yaşlı Razim Mədətov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Minik vasitəsində olan Ağstafa rayon sakinləri - Gülarə Həsənova, Elvira Əhmədova, Elina Əhmədova, Həvvanur Əhmədova, digər avtomobildə olan Goranboy rayonu sakini Volodya Məmmədov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərilib. Vəziyyətləri kafi olaraq qalır. Faktla bağlı araşdırma aparılır.
Kəmalə Abbasova- həkim: "Bu gün səhər saatlarında şöbəmizə avtoqəza ilə əlaqədar üçü böyük, ikisi uşaq olmaqla, beş nəfər xəstə daxil olmuşdur. Xəstələrə ilkin yardım göstərildi, ümumi vəziyyətləri stabildir. Həyati təhlükələri yoxdur".