• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1615
— 24.12.2023 18:56

Yaşayış binasında partlayış baş verib

KepezTV Player

Daşkəsən şəhəri, İsmət Qayıbov küçəsində yerləşən yaşayış binasında partlayış baş verib. Dərhal əraziyə Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Üçmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 24m² olan üçotaqlı mənzilin anbar kimi istifadə edilən 1 otağında, ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla nəticələnməyən partlayış qeydə alınıb. Hadisə nəticəsində mənzilin 1 otağının əlavə artırması 2 m² sahədə uçub, 2 otağın pəncərə çərçivələri və dəmir barmaqlıqları yerindən çıxıb. Partlayış dalğasının təsirindən otağa yığılmış ayaqqabı və digər geyim əşyaları yararsız vəziyyətə düşüb. Xoşbətlikdən xəsarət alan olmayıb. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Vüsalə Cənnətova