• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1719
— 23.12.2023 11:59

Silah-sursat aşkarlanıb

KepezTV Player

Bakının Xəzər rayonu, Binə qəsəbəsi ərazisində silah-sursat aşkarlanıb. FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb. Hadisə yerinə baxış zamanı oradan istifadəyə yararlı 2 ədəd tüstülü əl qumbarası, 1 ədəd partladıcı mexanizmi, 1 ədəd TOZ-8 yivli ov silahı götürülüb. Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.