• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1145
— 21.12.2023 11:09

Eynək görmək üçündür, ya özünü gözəl göstərmək üçün?

Həyatın hər anını doya-doya yaşayaraq, yaşayıb görərək sevmək lazımdır. Məhz buna görə də, gözlərimiz həyatımızda böyük önəm kəsb edir. Gözlərimiz daim qayğıya ehtiyacı olan ən həssas orqanlarımızdan biridir. Təbii olaraq, gözlərdə müxtəlif genetik və ya ətraf mühit təsirləri nəticəsində problemlər yarana bilər. Bunların göz qapaqlarında, göz yaşı kanallarında, gözün ətrafındakı sinir toxumalarında və s. meydana gəlməsi mümkündür. Ancaq son dövrlərə nəzər salsaq, görərik ki, ehtiyacı olan da, olmayan da, eynəkdən istifadə edir. Elə məhz bu zaman da ağıllarda bir sual yaranır. Eynək görmək, ya özünü gözəl göstərmək üçündür?

Vüsal Soltanov- satış məsləhətçisi: İnsanlar dəbə uyğunlaşmaq üçün sağlamlıqlarını heçə saymamalıdır”.

Müsahibimizin dediklərinə nəzərən deyə bilərik ki, görmə qabiliyyətinin zəifləməsi, göz qapaqlarının qızarması, ağrı və qaşınma-bunlar göz xəstəliyinin əlamətləridir. “Bu kimi problemlərin son dövlərdə gənclər arasında artmasının səbəbi nədir?” desək, yəqin ki, texnoloji avadanlıqlardan həddən artıq istifadə, gözlərin daimi olaraq şüalanmaya məruz qalması və yorulması sualımızın cavabına çevrilər. Yaxşı bəs gözlərdə ağrı və qızarmaya səbəb olan bu problemlərin həll yolu hansı aspektdədir?

Vüsal Soltanov- satış məsləhətçisi: Texnoloji avadanlıqların verdiyi mənfi şüalardan uzaq durmağı bacarmalıdırlar”.

Həmsöhbətimizin vurğuladığı göz xəstəlikləri oftalmoloji təcrübədə ən çox müşahidə edilən xəstəliklərdir. Əslində isə problemlər kifayət qədər çoxdur və insanlar problemi özbaşına həll etməyə çalışdıqları üçün daha da artır. Görmə qabiliyyəti ilə bağlı istənilən kiçik problemi özündə hiss edən insan ilk olaraq peşəkar oftalmoloqa müraciət etməlidir. Həkim bu zaman problemin yaranma səbəbini və nə etmək lazım olduğunu müəyyən edir. Həkimə daha tez müraciət etmək isə görmə qabiliyyətinin daha çox bərpası ilə nəticələnir.

Tellan Zeynalova

ƏTRAFLI...