• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1008
— 20.12.2023 18:11

13 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb

KepezTV Player

13 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb. 2010-cu il tarixdə Şəmkirdə “Daewoo Nexia“ markalı avtomobilin sükanı arxasında 1953-cü il təvəllüdlü Yeniabad kənd sakini Həsənov Məhərrəm Kamil oğlunun meyitinin aşkar olunması faktına görə cinayət işi başlansa da, hadisəni törədəni müəyyən etmək mümkün olmadığından iş üzrə icraat dayandırılıb. Baş Prokurorluq və Daxili İşlər Nazirliyindən açıqlanıb ki, 13 il sonra yenidən həyata keçirilmiş istintaq tədbirləri nəticəsində Yeniabad kənd sakini Vəliyev Turab Malik oğlunun fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan həmkəndlisi Məhərrəm Həsənovun idarə etdiyi avtomobillə Gəncəyə getməsi, bir neçə saat sonra yaşadıqları kəndə birlikdə qayıdarkən göstərdiyi taksi xidməti müqabilində ona ödəniş etməyəcəyini bildirməsi, həmin vaxt aralarında baş vermiş mübahisə zamanı avtomobilin içərisində Məhərrəm Həsənova deşici-kəsici alətlə zərbələr endirərək qəsdən öldürməsinə şübhələr müəyyən edilib. Turab Vəliyevə ittiham elan edilib.