• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1049
— 19.12.2023 10:47

Gənc taekvondoçu

Qədim və məşhurluğu ilə seçilən idman növlərindən biri də taekvondodur. Dünyaca məşhur olan bu idman növü ölkəmizdə də çox  sürətli şəkildə  inkişaf edib. Bugünkü istedadlı gəncimiz də məhz bu sahə üzrə öz sözünü deyib. Gəlin, Orxan bəylə və onun qazandığı nailiyyətlərlə yaxından tanış olaq.

Orxan Cəfərov- taekvondoçu:  “Artıq 4 ildir ki, taekvondo idman növü ilə məşğul oluram. Demək olar ki, idmana həvəsim uşaq yaşlarımdan yaranıb. İdman haqqında bir çox araşdırmalar edirdim. Nəticədə qərara gəldim ki, taekvondo idman növü mənim əsas maraq dairəmdir. 16 yaşımdan məşqlərə qoşulmağı qərara aldım”.

Orxan bəy qeyd elədi ki, artıq 4 ildir taekvondo idman növü ilə məşğuldur. O, bu müddət ərzində daimi region yarışlarında iştirak edib və bir çox nailiyyətlər qazanıb. Sonuncu yarışda isə Fransada  Azərbaycanı təmsil edib.

Orxan Cəfərov- taekvondoçu: “Demək olar ki, bir çox yarışlarda iştirak etmişəm. Sonuncu yarışım isə Fransanın Monteneqro şəhərində keçirilən Həmrəylik turniri ilə bağlıdır. Yarışın nəticəsində bürünc medala sahib oldum. Təbii ki, uğurla yanaşı uğrsuzluq da olur, bu, məni məyus etmir. Əksinə, daha çox həvəsə gəlirəm. Bu gündən sonra qarşıdakı yarışlara daha səylə hazırlaşacağam”.

Bəli, Orxan bəyin də qeyd etdiyi kimi uğurla yanaşı uğursuzluq da olur.  Əsas odur ki, məğlubiyyyətlə qarşılaşanda məyus olmayıb, daha iradəli şəkildə növbəti uğuru hədəfləyəsən. Amma uğurlu olmaq üçün də təbii ki, fəndləri bilmək lazımdır. Bu yerdə Orxan bəy mənə taekvondo idman növünün fəndlərini izah etdi.

Orxan Cəfərov- taekvondoçu: “Taekvondo idman növündə ilk növbədə duruş qaydasını bilmək lazımdır. Arxa ayaqdan başlayırıq, diz qalxır, zərbə dönür. Bizdə elektron olduğu üçün, ayaq tam dönməlidir. Sonra isə qabaq ayaq qalxır. Qabaq zərbəsi olur.

Gənc idmançımız son olaraq gələcək arzularından danışdı və gənclərə tövsiyə verməyi də unutmadı.

Orxan Cəfərov- taekvondoçu: “Gələcək arzularım idmanla bağlıdır. Qarşıma məqsəd qoymuşam ki, 2028-də Los-Angelesdə keçiriləcək Avropa oyunlarına lisenziya qazanım. Və bu hədəfimə çatmaq üçün bacardığım qədər bütün yarışlarda iştirak edib, qızıl medal qazanacağam. Dünya yarışlarında iştirak edib vətənimizi, bayrağımızı yüksəklərə qaldıracağam. Gənclərə tövsiyəm odur ki, ilk növbədə pis vərdişlərdən daim uzaq dursunlar. Və çalışdıqları qədər idmana yönəlsinlər. Sağlam bədəndə, sağlam ruh olar!”

Fidan Qədimova

ƏTRAFLI...