• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1286
— 18.12.2023 11:28

Mağazalardan oğurluq edən şəxs saxlanılıb

KepezTV Player

İmişli Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən mağazalardan oğurluq etməkdə şübhəli bilinən rayon sakini Elbrus Muradov saxlanılıb. İlkin dindirmə zamanı saxlanılan şəxs törətdiyi oğurluq əməllərini etiraf edib. Məlum olub ki, Muradov cari ilin oktyabr-noyabr ayları ərzində rayon ərazisində yerləşən üç mağazaya qanunsuz daxil olaraq oradan mobil telefon, pul, danışıq kartları və tütün məmulatları oğurlamaqla zərərçəkmişlərə ümumilikdə 7000 manatdan artıq maddi ziyan vurub. Faktla bağlı İmişli Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.