• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2607
— 16.12.2023 11:41

Gəncə polisi əməliyyat keçiridi: Narkotik satmaqda şübhəli bilinən şəxslər saxlanılıb

KepezTV Player

Gəncədə polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif yollarla ölkə ərazisinə, o cümlədən Gəncə şəhərinə gətirilmiş narkotik vasitələri satmaqda və yaymaqda şübhəli bilinən 20-yə yaxın şəxs saxlanılıb. Saxlanılan hər bir şəxsin üzəri, avtomobilləri, yaşadıqları evlər, o cümlədən digər yerlərdə axtarış aparılan zaman müxtəlif çeşidli narkotik vasitələr və güclü təsiredici gücə malik narkotik maddələr aşkar edilərək götürülüb. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları xarici ölkə vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı, Gəncə şəhəri ərazisində satmaq və yaymaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Əvvəllər də törətdikləri analoji cinayətlərə görə məhkum olunmuş bir neçə şəxsin evindən odlu silahlar da aşkarlanaraq götürülüb. Bu şəxslərin hər biri barəsində cinayət işləri başlanılıb, istintaq tədbirləri davam etdirilir. Saxlanılanların daxil olduqları narkoşəbəkənin digər üzvlərinin müəyyən edilməsi istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.