• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1097
— 14.12.2023 20:10

Gəncədə ana və azyaşlı övladı dəm qazından zəhərlənib

KepezTV Player

Gəncənin Cavadxan qəsəbəsində dəm qazından zəhərlənmə hadisəsi baş verib. 2000-ci il təvəllüdlü Ayşən Nəbiyeva və onun azyaşlı övladı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Dərhal onlara yardım edilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir. Məlumata görə, ana və övladı qonaq getikləri evin vanna otağında dəm qazından zəhərləniblər.