• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2602
— 14.12.2023 11:17

Qaxda oğurluq və soyğunçuluq edən şəxslər saxlanılıblar

KepezTV Player

Qaxda polisə müraciət edən zərərçəkmişlər onlara məxsus xırdabuynuzlu heyvanların naməlum şəxslər tərəfindən oğurlanması və soyğunçuluq yolu ilə ələ keçirilməsi barədə məlumat veriblər. Keçirilmiş əməliyyat –axtarış tədbirləri nəticəsində həmin cinayətləri törətməkdə şübhəli bilinən Zaqatala rayon sakinləri - əvvəllər də soyğunçuluğa görə məhkum olunmuş Ülvi Bayramov və onun tanışı Rafael Nəsirov saxlanılıblar. Araşdırma zamanı şəxslərin noyabr ayı ərzində 3 dəfə Rafael Nəsirova məxsus avtomobillə Qax rayonuna gələrək burada soyğunçuluq və oğurluq etdikləri məlum olub. Onlar ifadələrində ələ keçirdikləri xırdabuynuzlu heyvanları Zaqatalaya apararaq orada satdıqlarını və əldə etdikləri pulu öz aralarında böldüklərini bildiriblər. Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin də qərarı ilə Ü.Bayramov və R.Nəsirov barəsində həbs qətimkan tədbiri seçilib.