• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1313
— 13.12.2023 15:30

Gürcüstandan gətirilən xeyli pirotexniki vasitə və ratsiya aşkarlanıb

KepezTV Player

Daxil olan əməliyyat məlumatı əsasında, Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan ölkəmizə gələn yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Maşının yük yerində ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən 32.472 ədəd müxtəlif adda pirotexniki vasitə və 70 ədəd ratsiya aşkar edilib.