• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1078
— 13.12.2023 12:07

Xankəndidə peşə təhsili müəssisəsi açılacaq

KepezTV Player

Xankəndidə peşə təhsili müəssisəsi açılacaq. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev məlumat verib. Onun sözlərinə görə, Xankəndidə Qarabağ Universitetinin nəzdində açılması nəzərdə tutulan peşə məktəbinin yeri və ilkin planları var.  Ümumilikdə azad olunan ərazilərdə peşə təhsilinin əhatə dairəsinin genişləndirilməsi planlaşdırılır. E.Əmrullayev bildirib ki, azad olunan ərazilərdə 8 peşə təhsil müəssisəsi yenidən qurulacaq. Füzulidə yeni peşə təhsili müəssisəsinin bünövrəsi qoyulub, artıq tikintisinə də başlanılıb, iki il sonra tələbələri görəcəyik. Şuşada peşə təhsil müəssisəsinin yenidən qurulması prosesinə də start verilib.