• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1020
— 12.12.2023 10:55

Heydər Əliyev

“Bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir… Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir”.                                                                                                                                                                                                                                                                  HEYDƏR ƏLİYEV

Ümummilli Lider Heydər Əliyev ölkədə gedən demokratik islahatlara və insan hüquqlarının qorunmasına həmişə diqqət yetirib. İctimai-siyasi, mədəni həyatımızın müxtəlif sahələrində sistemli islahatlar aparıb və bütün bu proseslərdə gənclərin roluna həmişə xüsusi fikir verib. Müxtəlif qurumlarda, dövlət idarələrində, siyasi və iqtisadi arenalarda gənclərin fəal iştirakını təmin edib.

Azərbaycanın tərəqqisində, onun iqtisadi, siyasi və mədəni həyatında, demokratik dövlət və cəmiyyətin qurulmasında gənclərin rolu danılmazdır. Azərbaycanın tarixinə nəzər salsaq, hər mərhələdə gənclərimizin özünəməxsus rol oynadığının şahidi olarıq.

Ümummilli Lider Heydər Əliyev gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edib. Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövürlərdə yüzlərlə yeni tədris ocaqları, gənclik mərkəzləri, hərbi məktəblər açılıb, minlərlə azərbaycanlı gənc nüfuzlu ali məktəblərdə təhsil alıb, müasir ixtisaslara yiyələnib.

Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğısı sayəsində, o zamanlar Sovetlər İttifaqının 50-dən artıq iri şəhərinin 170 nüfuzlu ali məktəbində bütövlükdə 80-dək sahəni əhatə edən 150 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gəncin ali təhsil almasına, yüksək ixtisaslı mütəxəssis kimi hazırlanmasına imkan və şərait yaradılıb.

Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründən başlayaraq, artıq gənclərimizin böyük bir qismi bu gün də müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğunda yaxından iştirak edir, hüquq-mühafizə orqanlarında rəhbər vəzifələrdə çalışır, elmimizin, səhiyyəmizin, mədəniyyətimizin inkişafında əvəzsiz xidmət göstərirlər.

Ümummilli Liderimizin 1997-ci il 2 fevralda imzaladığı fərmana əsasən həmin tarix “Azərbaycan Milli Gəncləri Günü” elan edilmişdir.

Ulu Öndər Heydər Əliyevin gənclərə dəstəklə bağlı həyata keçirdiyi islahatlardan tutmuş bu günə kimi tətbiq edilən bütün inkişaf tədbirlərinə nəzər yetirəndə tam inamla demək olar ki, ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması üçün yerindəcə atılan zəruri addımlar Azərbaycan gəncliyini daha işıqlı sabahlara aparacaq.

Fidan Qədimova

ƏTRAFLI...