• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1729
— 12.12.2023 10:40

Heydər Əliyev və idman sahəsi

Ölkəmizə rəhbərliyi dövründə Heydər Əliyevin idman sahəsi üzrə apardığı uğurlu siyasət bu gün də bütün dünyada öz sözünü deyir.

Azərbaycanın 1969-cu ildən başlayan otuz beş illik tarixi Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyev  Azərbaycana hələ birinci rəhbərliyi dövründə həyatın bütün sahələrində olduğu kimi, bədən tərbiyəsi və idmanın da inkişafına xüsusi diqqət yetirib, onun inkişaf perspektivləri ilə bağlı genişmiqyaslı tədbirlər həyata keçirib. Həmin dövrdə yeniyetmə və gənclər arasında idmanın kütləviliyinin təmin olunması vacib istiqamətlərdən biri kimi qiymətləndirilirdi. Respublikanın şəhər və rayonlarında idman komplekslərinin, qurğuların, zalların tikintisi, meydançaların inşası, böyük idman-sağlamlıq mərkəzlərinin yaradılması əhalinin, xüsusən gənclərin bu sahəyə marağının artmasında həlledici rol oynadı. Ümummilli lider Heydər Əliyev daim idmançıların cəmiyyət həyatındakı rolunun artmasına, özlərinə layiqli yer tutmalarına xüsusilə diqqət yetirirdi. Dövlətin idman siyasətinin həyata keçirilməsi üçün 1994-cü ildə ölkəmizdə Gənclər və İdman Nazirliyi, 1995-ci ildə Azərbaycan Prezidenti yanında Fond yaradıldı. Azərbaycanda idmanın kütləviliyinin təmin olunması, bu sahənin tərəqqisi, dünya şöhrətli idmançıların hazırlanması ilə bağlı görülən işlər böyük vüsət aldı. İdmanı, bədən tərbiyəsini xalqın sağlamlığı ilə bağlı olan mühüm sosial sahə adlandıran Azərbaycan, bu gün bütün sahələrdə tərəqqi, yüksəliş dövrü yaşayır. Ulu Öndərin milli maraqlara əsaslanan inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən böyük qətiyyət və inamla davam etdirilir. Şübhəsiz, idman da diqqət mərkəzindədir və əldə edilən qələbələrin sayı getdikcə artır.

Yaradılmış şərait gənc nəslin sağlam ruhda tərbiyəsinə, respublikamızda idmanın daha da kütləviləşməsinə xidmət edir. Qazanılmış parlaq nəticələr dövlətimizin ümumi inkişaf səviyyəsini göstərir. Əldə etdiyimiz medallar, geniş idman infrastrukturu, ölkəmizin mötəbər idman tədbirlərinə uğurla ev sahibliyi etməsi, Azərbaycanın beynəlxalq miqyasda idman ölkəsi kimi imicinin möhkəmlənməsi bu sahədə nailiyyətlərimizin əsasını təşkil edir.

Vüqar Xəlilov -Gəncə- Daşkəsən regional Gənclər idman idarəsinin sektor müdiri:  “Heydər Əliyevin idman sahəsində göstərdiyi diqqət və qayğı danılmazdır, əvəzsizdir. Bu gün əsası Heydər Əliyev tərəfindən qoyulan idman siyasətinin gənc nəslin həyatında böyük rolu var. İdman siyasətindən geniş danışmaq olar. Heydər Əliyev 1993- cü ildə bir çox Avropa,  Dünya və beynəlxalq yarışlarda yüksək nailiyyət əldə etmiş idmaçılarla görüş keçirərkən  dövlətin daim diqqətində olacağını qeyd etdi. 1994- cü il idmançıların həyatında idmana dönüş ili adlandırmaq olar. Fərmana əsasən, bədən tərbiyəsi və idman sahəsində imzalanaraq, Gənclər və İdman nazirliyi yaradıldı. İdmançılarda böyük imkanların yaradılması üçün bölgələrdə Olimpia idman kompleksləri tikilmişdir. Gəncə şəhərini xüsusilə qeyd etmək olar. İlk tikilən Olimpia İdman Komplekslərindəndir”.

Günay Əskərova

ƏTRAFLI...