• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1566
— 12.12.2023 10:34

Heydər Əliyev və Mədəniyyət

Azərbaycan öz mədəniyyəti, incəsənəti, milli-mənəvi dəyərləri ilə dünyada tanınmışdır. Milli mədəniyyətimiz hər zaman  Heydər Əliyevin ideyalarından güc alıb. Mədəniyyətimizin elə sahəsi  yoxur ki, Ulu öndərimizin qayğısından bəhrələnməsin. Musiqimiz, teatrımız, kino sahəmiz və.s

Zəminə Novruzova- Azərbaycan Texnologiya Universitetinin ictimai elmlər və multikulturalizm kafedrasının baş müəllimi: “Bildiyimiz kimi, ulu öndər Heydər Əliyevin adı istər Azərbaycan mədəniyyətinin, ədəbiyyətinin qorunmasında, inkişaf etməsində həmişə ön planda olub. Bu, təkçə müstəqillik illərinə aid olan bir məsələ deyil, hətta Sovet dövründə dahi şəxsiyətin hakimiyyətdə olduğu dövrdə, əbədiyyətimiz, mədəniyyətimiz üçün gördüyü işlər həmişə göz qabağında olub. Bundan başqa, ulu öndər Heydər Əliyevin Azərbaycan dilinin inkişafı, bütün ali təhsil müəssisələrində tədris olunması ilə bağlı verdiyi qərarlar da danılmazdır. Dilimizin inkişafı sahəsində görülən işlər, hər zaman göz önündədir”.

Çünki, özünün də dediyi kimi  insanlara şeir qədər, ədəbiyyat qədər güclü təsir edən, yəni insanların mənəviyyatına, əxlaqına, tərbiyəsinə, fikirlərinin formalaşmasına bu qədər güclü təsir göstərən başqa bir vasitə yoxdur”. Ulu öndər yaxşı bilirdi ki, milli dövlətçilik dəyərlərinin əsasını sağlam düşüncəli mədəniyyət təşkil edir. Sabahkı uğurlara yeganə təminat isə sağlam cəmiyyət quruculuğuna diqqət artırmaq, köklü mənəvi dəyərləri yeni nəslə və bütün cəmiyyətə daha dərindən və əzmlə aşılamaqdır. Heydər Əliyev mədəniyyəti xalqın böyük sərvəti hesab edirdi. Elə ona görə də mədəni-mənəvi dəyərlərin qorunması, təbliği və yeni estetik düşüncəyə məxsus əsərlərin yaradılması üçün mümkün olan hər şeyi edərək,  Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoydu. Mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə tanındı. Ulu öndərin hakimiyyəti illərində muzey və kitabxana işi, rəssamlıq, heykəltaraşlıq və memarlıq sənəti sürətlə inkişaf etmişdir. Bakıda ucaldılmış çox dəyərli heykəllər, inşa edilmiş müasir və klassik ənənələri birləşdirən əzəmətli binalar xalqımızın milli sərvətinə çevrilmişdir. Bakımız gözəlləşmiş, yeni görünüş almışdır. Elə regionlarımızda da mədəniyyətin inkişafı diqqətdən yayınmamışdır.

Ramil Qasımov- Əməkdar artist: “Mən çox xoşbəxt musiqiçiyəm ki, uşaqlıq illərində Heydər Əliyevin xeyir-duası ilə Azərbaycan musiqisinə qədəm qoymuşam. Və Ulu öndər hər zaman mənim yaddaşımda, və mənim kimi yüzlərlə, minlərlə musiqiçinin yaddaşında,  mədəniyyət  xadimlərinin xilaskarıdır. Onları xüsusi bir diqqət və qayğı ilə əhatə edən bir dahi idi. Heydər Əliyevin adı, əbədi olaraq bizim qəlbimizdə yaşayır və yaşayacaq. İllər, qərinələr keçsə də, Ulu öndərin müstəqil Azərbaycanın qurucusu kimi, gördüyü işlər nəsildən-nəsilə ötürüləcək”.

Günay Əsgərova

ƏTRAFLI...