• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1303
— 12.12.2023 10:16

Ümumilli lider Heydər Əliyevin həyatı

Tarixdə elə nadir şəxsiyyətlər olur ki, onlar zamanın gərgin məqamlarında meydana çıxır, bütöv bir ölkənin “olum, ya ölüm” qarşısında qaldığı anlarda  xilaskar adını qazanırlar. Onlardan biri də ümumilli lider Heydər Əliyevdir. Heydər Əlirza oğlu Əliyev 1923-cü il may ayının 10-da Naxçıvan şəhərində dəmiryolçu ailəsində anadan olmuşdur. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənayə İnstitutunun memarlıq fakültəsində təsil almışdır. Müharibənin başlaması isə ona təhsilini başa çatdırmağa imkan vermir. O, Leninqrad və Moskva şəhərlərində xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Dövlət təhlükəsizliyi orqanlarında iyirmi beş il çalışan Heydər Əliyev 1964-cü ildə Azərbaycan SSR Nazirlər Soveti  yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildə isə sədri vəzifəsinə təyin edilmişdir. Elə həmin ildəcə Heydər Əliyevə general-mayor rütbəsi verilmişdir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il 14 iyul tarixli plenumunda 46 yaşlı Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilərək 1982-ci ilə qədər Azərbaycan SSR -ə rəhbərlik etmişdir. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Onun Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkədə dövlət quruculuğu prosesi başlandı. Bunun ardınca da 1998-ci il Prezident seçkilərində xalq yenidən Heydər Əliyevi seçdi. 2003-cü il isə prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina etmişdir. 2003-cü il dekabrın 12-də Ümummilli lider müalicə aldığı klinikada dünyaya əbədi olaraq gözlərini yumdu.

Leyla Əliyeva

 

ƏTRAFLI...