• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1799
— 13.12.2023 09:29

2 avtomobil toqquşub, yaralı sürücü avtomobildən çıxarılıb

KepezTV Player

Bakının Nərimanov rayonunda yol qəzası olub. Vaqif prospektində Niva markalı maşınla “VAZ-21015” markalı nəqliyyat vasitələrindən biri ötmə əməliyyatı edərək digərinin qarşısına çıxıb. Yüksək sürətlə toqquşmuş avtomobillərin hər ikisinin sürücüləri ağır xəsarət alıb. “VAZ-21015”in yaralı sürücüsü salonda sıxışıb qaldığından əraziyə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları gəlib. Onlar xüsusi texnika ilə avtomobilin salonunda sıxışıb qalan sürücüyə yardım edib. Yaralı təcili tibbi yardım briqadasına təhvil verilib. Qəza nəticəsində hər iki maşın deformasiyaya uğrayıb. Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır