• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1801
— 12.12.2023 19:27

Bakıda qəza baş verib, sərnişin sıxılı vəziyyətdə qalıb

KepezTV Player

Paytaxtın Suraxanı rayonu Zığ şosesində “Toyota” markalı minik avtomobili “Mercedes” markalı evakuatorla toqquşub. Nəticədə deformasiyaya uğramış minik avtomobilinin sərnişini sıxılı vəziyyətdə qalıb. FHN əməkdaşları 2001-ci il təvəllüdlü R.Əlizadəni xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.