• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 874
— 12.12.2023 17:37

Zaqatalada çaqqal iki məktəbliyə və daha üç nəfərə xəsarət yetirib

Zaqatalanın Muxax kəndində dərsə gedən iki şagird və daha üç nəfər çaqqal hücumuna məruz qalıb. 2 saylı tam orta məktəbin şagirdləri - 2012-ci il təvəllüdlü Məryəm Çingiz qızı Mahmudova, 2012-ci il təvəllüdlü Röyal Rövşən oğlu Gəncəliyev dərsə gedən zaman yolda yırtıcı heyvanın hucumuna məruz qalıblar. Eyni anda çaqqal ərazidə olan 1993-cü il təvəllüdlü Dilrubə Bayram qızı Tahirova, 1988-ci il təvəllüdlü Fatimə Zahid qızı Rəcəbova və 1986-cı il təvəəlüdlü Leyla Şaban qızı Ömərovaya hucum edərək xəsarət yetirib. Şəxslərə Zaqatala Rayon Mərkəzi Xəstəxanasında mavafiq yardım göstərilib, quduzluq əleyhinə zərdab vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.