• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 878
— 12.12.2023 15:31

Bakıda binada yanğın olub, uşaq bağçasından 41 azyaşlı təxliyə edilib

KepezTV Player

Bakı şəhərinin Nəsimi rayonu, 28 May küçəsində yanğın baş verib. Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub. Beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən uşaq bağçasından 41 azyaşlı təxliyə edilib. 3-cü mərtəbədə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən söndürülüb.