• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2332
— 10.12.2023 19:36

Toyda dava düşüb, üç nəfər bıçaqlanıb

KepezTV Player

Gəncədə bıçaqlanma hadisəsi baş verib. Hadisə “Mahrasa bağı” adlanan ərazidə yerləşən şadlıq saraylarından birində qeydə alınıb. Qonaqlar arasında mübahisə nəticəsində Göygöl rayon sakini, 1972-ci il təvəllüdlü Kəpəz Əliquliyev, 1983-cü il təvəllüdlü Akif Rüstəmov və 1992-ci il təvəllüdlü Musayev Əli bıçaqlanıblar. Hər üçü xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir. Gəncə Şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Cinayəti törədən şəxs və ya şəxslərin yerinin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Azad Mustafayev