• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 669
— 08.12.2023 11:33

10 min ədəd metadon həbi aşkarlanıb

KepezTV Player

Ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən narkotik tərkibli həbləri Bakıya daşıyaraq burada satışını təşkil etmək istəyən narkoşəbəkənin üzvləri Yardımlı rayonu ərazisində saxlanılıblar. Onlardan 10 000 ədəd metadon həbi aşkarlanıb.Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hər ikisi əvvəllər məhkum olunmuş Bakı şəhər sakinləri Vasif Kazımov və Vurğun Abıyev tutulublar. Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən həmin şəxslər Abıyevin idarə etdiyi “Kia Rio” markalı avtomobildə Yardımlı-Masallı avtomobil yolunun 35-ci kilometrliyində saxlanılıblar. Əməliyyat tədbirlərinin davamı nəticəsində onların sözügedən narkotik vasitəni əldə etdikləri şəxslər də müəyyən edilib. Və cinayətkar qrupun digər üzvləri Yardımlı rayon sakinləri, hər ikisi əvvəllər məhkum olunmuş Rafət Məcidli və Muxtar Bayıyev polis əməkdaşları tərəfindən saxlanılıblar. Saxlanılan şəxslərin hamısı barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı Yardımlı RPŞ-də araşdırma aparılır.