• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2021
— 07.12.2023 11:48

Horadizdə traktor minaya düşüb, xəsarət alan var

KepezTV Player

Bu gün saat 10 radələrində Füzuli rayonu Horadiz kəndi ərazisində təsərrüfat sahəsində əkin işləri aparan traktor minaya düşüb. Traktorun sürücüsü 1994-cü il təvəllüdlü Zamin Həsənli xəsarət alıb.
O, polis əməkdaşlarının köməyi ilə ərazidən çıxarılaraq xəstəxanaya təxliyə edilib.

Şuşada mina partlayıb, xəsarət alan var 

Bu gün saat 11:15 radələrində isə Şuşa şəhəri Tar sexi ərazisində elektrik təsərrüfat sahəsində çalışan Lerik rayon sakini, 1987-ci il təvəllüdlü Rahim Həbibov minaya düşüb. Həmin şəxs ayağından xəsarət alıb. O polis əməkdaşlarının köməyi ilə ərazidən çıxarılaraq xəstəxanaya təxliyə edilib. Hər iki faktla bağlı araşdırma aparılır.