• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 793
— 07.12.2023 09:12

Zəncirvari qəza baş verib, xəsarət alan var

KepezTV Player

Bakının Nəsimi rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Qəza Ziya Bünyadov prospektindəki tuneldə qeydə alınıb. Zəncirvari qəza “Mercedes”, “KamAz”, “Hyundai”, “Nissan” və digər 3 nəqliyyat vasitəsinin iştirakı ilə baş verib. Hadisədə “Mercedes” markalı minik avtomobili yararsız vəziyyətə düşüb, sürücüsü isə xəsarət alıb. Qəza səbəbindən prospektdə tıxac yaranıb. Əraziyə polis əməkdaşları cəlb edilib. Hadisənin təfərrüatı araşdırılır.